Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlik zirvəsi”  adlı  görüş keçirlmişdir.

14.10.2021

14.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fətallar, Aşağı Qılınclı və Zallar   kənd kitabxana  filiallarının  təşkilatçılığı ilə   44  günlük  Vətən  Müharibəsində qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə  ucalan  İbrahimov  İbrahim Abdulla  oğlunun ailəsi  ilə “Şəhidlik zirvəsi”  adlı  görüş keçirlmişdir.

   Görüşdə  torpaqlarımızın  azadlığı  uğrunda canlarından keçən qəhrəmanlarımızın  ruhu bir dəqiqəlik  sükutla  yad edildi. Tədbiri giriş sözü ilə  Fətallar kənd kitabxana filialının  müdiri Bayramova  Rəfiqə  açaraq  bildirdi ki,  zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalmasından danışdı.

Görüşdə  şəhidin  anası   İbrahimova  Rəsmiyyə  oğlunun  könüllü olaraq 27.09.2020-ci il tarixində  II Qarabağ Müharibəsinə getməsindən, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı,  Xocavənd,  Hadrut  və  Şuşa  rayonlarının  azadlığı  uğrunda gedən döyüşlərdə qəhrəmanlıq  göstərməsindən , 09.11.2020-ci il  tarixində  Şuşa şəhərində  şəhidlik zirvəsinə ucalmasından danışdı. Şəhid  Binəqədi  rayonun  Şəhidlər  xiyabanında 12.11.2020-ci ildə dəfn olunub .

Ölümündən  sonra  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham Əliyevin  müvafiq sərəncamına  əsasən   “Vətən uğrunda” , “Xocavəndin  azad olunmasına  görə” , “Füzulinin azad olunmasına  görə”, “Şuşanın  azad olunmasına görə” ,  “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları  ilə  təltif  edilib.